Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

1-09-2022, 00:02           
Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb
Çexiyanın paytaxtı Praqada keçirilən qadın şahmatçılar arasında Avropa çempionatında sonuncu – XI turun oyunları keçirilib.

Turnir cədvəlinin 2-ci pilləsində olan Günay Məmmədzadə Aleksandra Maltsevska (Polşa), Gövhər Beydullayeva Nana Dzaqnidze (Gürcüstan) və Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) ilə heç-heçə edib.

Ülviyyə Fətəliyeva Azərbaycan millisindən komanda yoldaşı olan Gülnar Məmmədova, Xanım Balacayeva Alisiya Sliviçka (Polşa) və Səbinə İbrahimova Mixalina Rudzinska (Polşa) üzərində qələbə qazanıb.

44 yaşlı lider Monika Soçko (Polşa) Lilit Mkrtçyanla (Ermənistan) heç-heçə edərək xalını 8,5-ə qaldırıb və Avropa çempionu olub. Gülnar Məmmədzadə 8 xalla gümüş, eyni xal toplayan Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.