Süni intellekt futbol oynamağı öyrəndi

3-09-2022, 09:18           
Süni intellekt futbol oynamağı öyrəndi
Tədqiqatçılar süni intellekt sistemləri arasında koordinasiyanı yaxşılaşdırmaq və insana bənzər “ümumi təyinatlı süni intellekt” yaratmaq üçün yeni yollar kəşf etmək məqsədi daşıyan eksperiment keçiriblər.

Sınaqların bir hissəsi olaraq alimlər süni intellektə futbol oynamağı öyrədiblər.

Virtual futbolçular çevik hərəkət, ötürmə və əmək bölgüsü kimi bacarıqlar əldə ediblər. Oyunçular top uğrunda mübarizə aparmağı, komanda yoldaşına ötürmələr verməyi, həmçinin fint etməyi öyrəniblər.

Ayrı-ayrı simulyasiyalarda humanoidlər əlləri ilə top atmaq və tutmaq kimi mürəkkəb tapşırıqları yerinə yetiriblər.

Mənbə: ferra.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru