“Çelsi” ilə müqaviləsini ləğv edən Markos Alonsonun yeni klubu rəsmiləşib.
Qol.az xəbər verir ki, ispan müdafiəçi “Barselona”ya transer olunub. Bu barədə klubun saytı məlumat yayıb. 31 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, M.Alonso ötən mövsüm İngiltərə Premyer Liqasında 28 matçda 5 qol vurub, 6 qolun ötürməsini verib.