Futbolçular qırmızı kart göstərən hakimi uçurumdan atdı

3-09-2022, 14:14           
Futbolçular qırmızı kart göstərən hakimi uçurumdan atdı
Çilidə keçirilən yarışlarda hakim futbolçuların qəzəbinə tuş gəlib.

Axar.az xəbər verir ki, “Club Real Deportivo 1” çempionatı çərçivəsində “Mayo” ilə “Salvador” matçı keçirilib.

Oyunda qırmızı kart göstərən hakim aqressiv futbolçular tərəfindən əvvəlcə döyülüb, sonra isə meydançanın yaxınlığındakı uçurumdan aşağı atılıb.

Ağır xəsarət alan hakim ətrafdakı insanlar tərəfindən xəstəxanaya çatdırılıb.

Bu hadisə sosial şəbəkələrdə kəskin etiraza səbəb olub. Futbol azarkeşləri hadisəni törədənlərin ən ağır şəkildə cəzalandırılmasını tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru