İngiltərə Qadınlar Superliqasının mükafat fondu Premyer Liqadan 440 dəfə azdır

5-09-2022, 10:04           
İngiltərə Qadınlar Superliqasının mükafat fondu Premyer Liqadan 440 dəfə azdır
Britaniya parlamentinin üzvləri qadın futbolunda pul mükafatlarının artırılmasını istəyiblər.

Belə ki, rəsmi müxalifətin kölgə kabinetinin nümayəndələri baş naziri postuna iki namizədə - Liz Trussa və Rişi Sunaka məktub göndəriblər.

Onlar Super Liqanın yeni mövsümü başlamazdan əvvəl gender bərabərsizliyi problemini həll etməyə çağırıblar.

Bildirilib ki, bu il turnirin qalibləri Premyer Liqadakı komandalardan 440 dəfə az pul mükafatı alacaqlar.

Məktubda həmçinin məktəbli qızlar üçün futbola bərabərhüquqlu çıxışın təmin olunması imkanının yaradılması da tələb olunub.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru