Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

5-09-2022, 12:44           
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib
Rusiyanın Ufa şəhərinin Lenin rayon məhkəməsi hokkeyçi Ənvər Süleymanova 5 il müddətinə şərti həbs cəzası verib.

"Report"un məlumatına görə, cəza Süleymanovun hərbi xidmətdən yayınmaqdan ötrü rüşvət verməsi işi ilə əlaqədar kəsilib. Bu müddətin 4 ili sınaq dövrü kimi müəyyənləşdirilib. İdmançı və vəkili hökmdən şikayət etməyəcəklərini bildirib.

Qeyd edək ki, hokkeyçilər Ənvər Süleymanov, Mixail Vorobyov və Vladislav Lukin yüksək məbləğdə rüşvət verməkdə ittiham olunurlar. Onların pulu cinayət işi qaldırılmış şəxsə vasitəçi ilə köçürdükləri bildirilir. Məhkəmə iclasında Vorobyov da günahını boynuna alıb. Lukinin işi ilə bağlı iclas isə hələ başlamayıb.

Cinayət əməlinin 2019-cu ildə törədildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru