Arda Turan futbolu tərk etdi: “Sizə bir sirr verəcəyəm” - VİDEO

13-09-2022, 00:01           
Arda Turan futbolu tərk etdi:
Türkiyəli futbolçu Arda Turan futbolu tərk etdiyini açıqlayıb.

“Qalatasaray”da çıxış edən 35 yaşlı Arda peşəkar futbolçu karyerasını başa vurub.

Məşhur futbolçu bunu “YouTube” kanalında yayımladığı klipi ilə bəyan edib.

O, yayımladığı klipdə bəzi açıqlamalar verib.

“Sizə bir sirr danışmaqla başlamaq istəyirəm. Bəlkə, inanmayacaqsınız, amma mən çox yaxşı cərimə zərbəsi oyunçusu idim. İndiyə qədər bunu heç kimdən eşitməməyiniz normaldır. Amma mənim hekayəm belə başladı”, - deyə Arda qeyd edib.

“İndi göz yaşları içində, lakin cəsarətlə futbol ayaqqabılarını kənara qoymaq vaxtıdır. Bütün səyahətim boyu əlimdən gələni etməyə çalışdım. Və məncə, pis də alınmadı. Yenə də hazıram. Futbol daxilində, futbol meydanından kənarda yenidən görüşənə qədər...” - deyə Arda Turan fikrini tamamlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.