Rusiyalı xokkeyçi oyun zamanı dünyasını dəyişdi - VİDEO

13-09-2022, 08:05           
Rusiyalı xokkeyçi oyun zamanı dünyasını dəyişdi - VİDEO
Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində keçirilən oyun zamanı xokkeyçi dünyasını dəyişib.

Hadisə “Harmoniya” xokkey komandasının “Krioqen” komandasına qarşı oyununda baş verib. “Harmoniya”nın 47 yaşlı müdafiəçisi Konstantin Moruqin oyun zamanı dünyasını dəyişib.

Oyunçu anidən huşsuz halda buzun üzərinə yıxılıb. Həkimlər dərhal müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xokkeyçinin ürəyinin dayandığı bildirilib. Ölümün səbəbləri araşdırılır.

Mənbə: “SHOT” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru