“Qarabağ” - “Nant” oyununun VAR hakimləri bəlli oldu

13-09-2022, 08:43           
“Qarabağ” - “Nant” oyununun VAR hakimləri bəlli oldu
Bakıda “Qarabağ” və Fransanın “Nant” komandası arasında keçiriləcək UEFA Avropa Liqasının G qrupunun II tur matçının video-köməkçi hakimləri (VAR) bəlli olub.

“Report”un məlumatına görə, VAR sisteminə İtaliyadan olan ədalət təmsilçiləri nəzarət edəcəklər.

Bunlar 38 yaşlı Luka Payretto və onun 45 yaşlı köməkçisi Cakomo Paqanessidir.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” - “Nant” matçı saat 20:45-də başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru