“Barselona” gənc futboçusuna 1 milyard avro qiymət qoydu

14-09-2022, 08:28           
“Barselona” gənc futboçusuna 1 milyard avro qiymət qoydu
“Barselona” yarımmüdafiəçi Qavi ilə yeni müqavilə imzalayıb.

Jurnalist Fabrizio Romanonun sözlərinə görə, tərəflər 18 yaşlı yarımmüdafiəçi ilə bağlı yeni müqavilənin şərtlərini tam razılaşdırıblar.

Qavinin “Barsa” ilə yeni müqaviləsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub. Buraya 1 milyard avro məbləğində komandadan buraxılış qiyməti də daxil edilib. Müqavilə şərtlərinə görə futbolçunun məvacibi artacaq.

Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi bu mövsüm bütün yarışlarda komandanın altı oyununda meydana çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru