Millətlər Liqası: Niderland final mərhələsinə, Türkiyə B Liqasına yüksəlib

23-09-2022, 08:37           
Millətlər Liqası: Niderland final mərhələsinə, Türkiyə B Liqasına yüksəlib
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib. "Report"un məlumatına görə, A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib.

A Liqasının 1-ci qrupunda Danimarkanı 2:1 hesabı ilə məğlub edən Xorvatiya seçməsi liderliyə yüksəlib. Avstriyanı 2 cavabsız qolla üstələyən Fransa yığması sonuncu pillədən qurtulub.

4-cü qrupda səfərdə Polşaya 2:0 hesabı ilə qalib gələn Niderland millisi qrup liderliyini təmin edərək final mərhələsinə yüksəlib. Qrupun digər görüşündə Belçika Uelsi məğlubiyyətə uğradıb - 2:1.
C Liqasının 1-ci qrupunda evdə Lüksemburqla 3:3 hesablı heç-heçə edən Türkiyə yığması B Liqasına vəsiqə qazanıb. Litva - Farer adaları matçında isə qalib müəyyənləşməyib - 1:1. Bu nəticədən qrupda sonuncu olan Litvanın D Liqasına düşəcəyi dəqiqləşib.

3-cü qrupda Belarusu 2:1 hesabı ilə məğlub edən Qazaxıstan seçməsi qrup liderliyini rəsmiləşdirib. Azərbaycan millisi Trnavada Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksəlib. Belarus kollektivi bu nəticədən sonra D Liqasına düşüb.

Nəhayət, D Liqasında Moldova səfərdə Latviya ilə, Andorra isə Lixtenşteynlə matçda qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru