“Barselona”nın sabiq prezidenti bəraət aldı

23-09-2022, 11:45           
“Barselona”nın sabiq prezidenti bəraət aldı
“Barselona”nın sabiq prezidenti Sandro Rosel 230 min avro məbləğindəki vergi fırıldaqçılığı ilə bağlı cinayət işi üzrə bəraət alıb.

İspaniya prokurorluğu onun11 il müddətinə həbsini tələb edib.

İddiaya görə, Rosel Braziliya futbol millisinin imic hüquqlarının satışından gəlir əldə edən cinayət şəbəkənin üzvü olub. Daha sonra bu vəsaitlər yalançı şirkətlər vasitəsi ilə “yuyulub”. Fırıldaqlar nəticəsində Rosel və onun şərikləri 20 milyon avro əldə ediblər.

Qeyd edək ki, Sandro Rosel 2010-2014-cü illərdə “Barselona”nın prezidenti olub.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru