Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub etdi - VİDEO

24-09-2022, 07:48           
Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub etdi - VİDEO
UEFA Millətlər Liqasının qrup mərhələsində V turun digər oyunları keçirilib.

Oxu.Az-ın məlumatına görə, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Macarıstan səfərdə Almaniyanı 1:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. İtaliya isə İngiltərəyə eyni hesabla qalib gəlib. Bu nəticələrdən sonra britaniyalılar B Liqasına düşüb.

Monteneqroya qalib gələn Bosniya və Herseqovina millisi A Liqasına vəsiqəni rəsmiləşdirib. B Liqasındakı digər matçda Finlandiya Rumıniya ilə heç-heçə edib - 1:1.

Şimali Makedoniyanı 2 cavabsız qolla üstələyən Gürcüstan yığması B Liqasına yüksəlib. Bolqarıstana 1:5 hesabı ilə uduzan Cəbəllütariq isə D Liqasına enib.

Nəhayət, Maltanı 2:1 hesabı ilə məğlub edən Estoniya seçməsi C Liqasına vəsiqə qazanıb.

UEFA Millətlər Liqası
V tur

A Liqası

3-cü qrup

Almaniya - Macarıstan - 0:1

Qol: Adam Salai,17


İtaliya - İngiltərə - 1:0

Qol: Cakomo Raspadori


Xal durumu: Macarıstan - 10, İtaliya - 8, Almaniya - 6, İngiltərə - 2

B Liqası

3-cü qrup

Bosniya və Herseqovina - Monteneqro - 1:0

Qol: Ermedin Demiroviç, 45+1

Finlandiya - Rumıniya - 1:1

Qol: Teemu Pukki, 12 - Florin Tanase, 52

Xal durumu: Bosniya və Herseqovina - 11, Monteneqro - 7, Finlandiya - 5, Rumıniya - 4.

C Liqası

4-cü qrup

Gürcüstan - Şimali Makedoniya - 2:0

Qol: Boyan Miovski, 35 (avtoqol). Xviça Kvaratsxeliya, 65

Bolqarıstan - Cəbəllütariq - 5:1

Qol: Valentin Antov, 23. Kiril Despodov, 36 - Roy Çipolina, 26. Radoslav Kirilov, 52. İliyan Stefanov, 55. Marin Petkov, 81

Xal durumu: Gürcüstan - 13, Şimali Makedoniya - 7, Bolqarıstan - 6, Cəbəllütariq - 1.

D Liqası

2-ci qrup

Estoniya - Malta - 2:1

Qol: Rauno Sappinen, 45+6. Henri Anier, 86 - Teddi Teuma, 51

Qırmızı vərəqə: Jean Borq, 45 (Malta)

Xal durumu: Estoniya - 9, Malta - 6, San marino - 0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru