Rusiyalı azarkeşlər İrəvanda stadiona buraxılmadı

25-09-2022, 10:46           
Rusiyalı azarkeşlər İrəvanda stadiona buraxılmadı
Rusiyalı azarkeşlər Millətlər Liqasının İrəvanda keçirilən Ermənistan-Ukrayna oyununa buraxılmayıblar.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Endryu Todos məlumat verib.

Onun sözlərinə görə, Rusiya pasportu olan şəxslərə stadiona daxil olma və bilet satışı qadağan olunub.

Qeyd edək ki, Ukrayna millisi səfərdə erməniləri darmadağın edərək, 5-0 hesabı ilə qalib gəlmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.