“Qarabağ”ın rəqibi 5 qolla mərhələ adladı 10-11-2022, 11:23 Belçika kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.Oxu.Az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" də bu gün meydana çıxıb.Aşağı liqa təmsilçisi "Dessel"lə qarşılaşan komanda 5 cavabsız qolla qalib gələrək 1/8 finala yüksəlib."Dessel" - "Gent" - 0:5Qollar: Hyun-Seok, 1, 20, Van Daele, 7, Depoitre, 24, Hyulsager, 49Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək. Facebook-da paylaş