“Mançester Siti” və “Liverpul” növbəti raundda, “Çelsi”, “Arsenal” və “Tottenhem” kuboksuz qaldı - VİDEO

10-11-2022, 11:44           
“Mançester Siti” və “Liverpul” növbəti raundda, “Çelsi”, “Arsenal” və “Tottenhem” kuboksuz qaldı - VİDEO
İngiltərə Liqa Kubokunda (EFL Cup) 3-cü raundun oyunları keçirilib.

Hazırda Premyer Liqanın lideri olan “Arsenal” “Brayton”u qəbul edib. “Topçular” çempionatdakı uğurlu çıxışlarını Liqa Kubokda davam etdirə bilməyərək rəqibinə məğlub olublar - 1:3.

“Nottinhem”lə “Tottenhem” arasındakı oyun da gözlənilməz nəticə ilə başa çatıb və daha bir paytaxt komandasının turnirdən kənarlaşdırılmasını rəsmiləşdirib - 2:0.

Gecənin ən maraqlı oyunu isə Mançesterdə baş tutub. Burada London “Çelsi”si “Mançester Siti”nin qonağı olub. “Şəhərlilər” “zadəganlar”ın qapısından 2 cavabsız top keçirərək Liqa Kubokunda növbəti mərhələyə adlayıblar 2:0.

Beləliklə də, hər üç London klubu (“Arsenal”, “Tottenhem” və “Çelsi”) İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb.

“Liverpul” isə “Derbi Kaunti”nin öhdəsində yalnız penaltilər seriyası ilə gəlib – 0:0 (3:2).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru