Qavi İspaniya millisində rekorda imza atıb

12-11-2022, 12:43           
Qavi İspaniya millisində rekorda imza atıb
“Barselona” klubunun gənc və istedadlı yarımmüdafiəçisi olan Qavinin İspaniya yığmasının heyətində dünya çempionatında iştirak edəcəyi məlum olub.

Belə ki, 18 yaşlı futbolçu İspaniya milli komandanın tarixində dünya çempionatında iştirak edəcək ən gənc futbolçu olacaq.

Əvvəl bu rekord Sesk Fabreqasa məxsus idi. O, 19 yaşında olarkən İspaniya millisinin heyətində dünya çempionatına yollanmışdı.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Mənbə: Marca












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru