Xviçanın qiyməti bir il ərzində 44 milyon avro ​​bahalaşıb

12-11-2022, 12:15           
Xviçanın qiyməti bir il ərzində 44 milyon avro ​​bahalaşıb
Gürcüstan millisinin və İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın transfer qiyməti 60 milyon avro təşkil edir.

Mənbə qeyd edir ki, hələ 2021-ci ilin dekabrında, yarımmüdafiəçi Rusiyanın “Rubin” klubunda çıxış edərkən, onun transfer dəyəri 16 milyon avro qiymətləndirilirdi.

Lakin təxminən bir il ərzində istedadlı yarımmüdafiəçinin qiyməti 44 avro ​​milyon bahalaşıb.

Əlavə edək ki, gürcüstanlı yarımmüdafiəçi bu mövsüm “Napoli”nin heyətində çıxdığı 17 oyunda səkkiz qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Transfermarkt












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.