“Milan” son anda qələbə qazandı - VİDEO

14-11-2022, 10:04           
“Milan” son anda qələbə qazandı - VİDEO
Noyabrın 13-də futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, "San Siro" stadionunda "Milan" “Fiorentina” komandasını qəbul edib.

Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Milanlıların heyətində hesabı 2-ci dəqiqədə Olivier Jiru açıb. 28-ci dəqiqədə qonaqlar Antonin Barakla hesabı bərabərləşdirsələrdə, gücləri bundan artığına çatmayıb. Belə ki, 90+4-cü dəqiqədə serbiyalı müdafiəçi Nikola Milenkovicin avtoqolu ilə “Milan” 2-1 hesablı qələbəyə sevinib.

Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 33-ə çatdıraraq A Seriyasında bir oyun az keçirən “Latsio”nu qabaqlayaraq ikinci yerdə qərarlaşıb. “Fiorentina” klubu isə 19 xalla onuncu sıradadır. Çempionata isə 15 oyundan sonra 44 xal toplayan “Napoli” klubu başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru