DÇ-2022: Pley-off mərhələsinin 3 iştirakçısı bəlli olub

29-11-2022, 08:58           
DÇ-2022: Pley-off mərhələsinin 3 iştirakçısı bəlli olub
Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin II turunun oyunlarından sonra 1/8 final mərhələsinin 3 iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, D qrupundan Fransa millisi, G qrupundan Braziliya yığması, H qrupundan isə Portuqaliya seçməsi adını pley-offa yazdırıb.

Fransızlar II turda Danimarkanı 2:1, portuqaliyalılar Uruqvayı 2:0, "sambaçılar" isə İsveçrəni 1:0 hesabı ilə məğlub edərək, 1/8 finala vəsiqəni rəsmiləşdirib.

Qeyd edək ki, mundiala dekabrın 18-də yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru