Almaniyada daşqın insan tələfatına səbəb olub

20-05-2024, 17:08           
Almaniyada daşqın insan tələfatına səbəb olub
Almaniyanın cənub-qərbi cümə günündən bəri güclü yağışın təsiri altındadır.

"Cebhe.info" xəbər verir ki, bölgədə can itkisi ilə bağlı ilk xəbər Saarland əyalətindən gəlib.

Sel sularında boğulan 67 yaşlı qadın bazar günü gecə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Almaniyanın Fransa ilə həmsərhəd əyalətləri həddindən artıq yağışın təsiri altında olub.

Başda Saarland, Baden Vürttemberg və Rhineland Pfalz əyalətlərində bir çox yaşayış məntəqəsi sel sularına təslim olub.

İlk ölüm xəbəri Saarland əyalətindən gəldi. Saarbrücken Bələdiyyəsi, sel sularında boğulan 67 yaşlı qadının xilasetmə əməliyyatı zamanı aldığı xəsarətlərə görə aparıldığı xəstəxanada həyatını itirdiyini açıqlayıb.

Almaniya Milli Meteorologiya Mərkəzinin rəsmiləri qeyd ediblər ki, ölkənin cənub-qərbində 24 saatdan az müddətdə hər kvadratmetrə 100 kiloqramdan çox yağış düşüb.

Bazar günü günortadan sonra Reynland Pfalz əyalətinin Kirn şəhərinə yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.