Məşhur aparıcı ilə Röya arasında 15 illik KÜSÜLÜLÜK – Səbəb AÇIQLANDI

20-05-2024, 15:38           
Məşhur aparıcı ilə Röya arasında 15 illik KÜSÜLÜLÜK – Səbəb AÇIQLANDI
“Telefon dialoqumuz oldu və bununla da münasibətə son qoyuldu”.

Uzun müddətdir ki, efirlərdən uzaq düşən tanınmış aparıcı Yusif Ağayev xalq artisti Röya Ayxanla bağlı açıqlaması ilə hər kəsi təəccübləndirib.

Yenicag.az xəbər verir ki, məşhur aparıcı “O üz” verilişində Röya ilə aralarında yaşanan 15 illik küsülülükdən danışıb və ilk dəfə olaraq bu küsülülüyün səbəbini açıqlayıb:

“Röya ilə 15 ildir münasibətim yoxdur, danışmırıq. Salam-kəlam, heç nə yoxdur. 2012-ci ildə ATV-nin efirinə verilişə gəlmişdi, uzaqdan məni gördü və danışdırmadı. Bu küsülülüyün əsasında bir telefon danışığı durur. Telefon dialoqumuz oldu və bununla da münasibətə son qoyuldu. Neqativliyin səbəbkarı odur. Düşünmürəm ki. münasibətlərimiz nə vaxtsa düzəlsin. Əslində arxivimidə ən çox şəkli olan müğənni də Röyadır. O, mənim sözlərimə yazılmış bir neçə mahnının da ifaçısıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.