DÇ-2022: Mundialda daha bir ilk: Qadın baş hakim FOTO

30-11-2022, 10:53           
DÇ-2022: Mundialda daha bir ilk:
Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq.

Oxu.Az-ın məlumatına görə, FIFA E qrupunun III turunun Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.

Fransalı Stefani Freppart sözügedən oyunda əsas idarəedici olacaq.

Ona həmcinsləri – braziliyalı Neuza Bek və meksikalı Karen Diaz Medina laynsmanlar qismində yardımçı olacaqlar.

Matçın dördüncü hakimi honduraslı Said Martinez təyin edilib.

Qeyd edək ki, Almaniya – Kosta Rika oyunu dekabrın 1-də, saat 23:00-da başlayacaq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru