Həkimlər məşhur ulduza yeni diaqnoz qoydular

3-12-2022, 10:25           
Həkimlər məşhur ulduza yeni diaqnoz qoydular
Həkimlər xəstəxanaya yerləşdirilən Braziliyanın üçqat Dünya Kuboku çempionu Peleyə diaqnoz qoyublar.

Publika.az xəbər verir ki, tibb işçiləri deyiblər ki, o, respirator infeksiyaya yoluxub.

Qeyd edək ki, Pele çərşənbə axşamı xəstəxanaya yerləşdirilib. Ona ilk olaraq ümumi bədən ödemi, o cümlədən ürək çatışmazlığı diaqnozu qoyulub.

Hazırda onun vəziyyəti stabildir.

“Onun səhhəti ümumiyyətlə yaxşılaşır. Pele müalicəsini davam etdirmək üçün yaxın günlərdə xəstəxanada qalacaq”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, 82 yaşlı Pele 2022-ci ildə üç bədxassəli şişin (bağırsaq, qaraciyər və ağciyər) və sidik yolları infeksiyasının müalicəsi üçün iki dəfə xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru