İspaniya Superkuboku: “Real Madrid” finala penaltilərlə çıxdı

12-01-2023, 12:44           
İspaniya Superkuboku:
İspaniya Superkubokunda yarımfinal oyunlarına start verilib.

İlk qarşılaşmada son ölkə çempionu və Superkubokun hazırki sahibi “Real Madrid” “Valensiya” ilə üz-üzə gəlib.

Kral Fəhd adına beynəlxalq stadionda baş tutan matç gərgin mübarizə şəraitində keçib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda qapılara qol vurulmayınca matçın taleyini 11 metrlik cərimə zərbələri həll edib. “Futbol lotereyası”nda isə daha dəqiq olan Kral klubu finala vəsiqə qazanıb - 4:3.

Qeyd edək ki, turnir Səudiyyə Ərəbistanında keçirilir. İspaniya Superkuboku çərçivəsində ikinci yarımfinal görüşü cümə axşamı oynanılacaq. Ötən mövsümü ikinci sırada bitirən “Barselona” “Real Betis”i sınağa çəkəcək.

Yarışın həlledici oyunu isə yanvarın 15-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru