"Barselona"nın keçmiş rəsmiləri Messini siçovul adlandırıblar

13-01-2023, 11:14           
"Barselona"nın keçmiş rəsmiləri Messini siçovul adlandırıblar
İspaniya "Barselona"sının idarə heyətinin sabiq üzvləri öz aralarındakı yazışmalarda komandanın keçmiş futbolçusu Lionel Messini siçovul adlandırıblar.

Klub rəsmilərinin argentinalı hücumçu ilə bağlı təhqirləri "elPeriodico.com" saytının yayımladığı skrinşotlarda öz əksini tapıb.

Onlar klubun o vaxtkı prezidenti Xosep Maria Bartomeuya göndərdikləri mesajlarda Messi ilə müqavilənin yenilənməsinə qarşı çıxıblar: "Bartomeu, o zibilxana siçovuluna qarşı yaxşı olmaq lazım deyil. Klub onun üçün hər şeyi verdi. Messi isə bizə kimləri transfer etməli olduğumuzu deyir. Onun üçün sponsorlar axtarmalıyıq. Niyə Leo ilə müqavilə yeniləyərkən Luis Suares və Jordi Albanın sözləşmələrinin də müddətini uzatmalıyıq? Yaxud niyə Fatinin müqavilə yeniləmə haqqını qardaşı Rodriqo Messiyə ödəməliyik? O, narkotik alverçisinin ortağı olub, bizi dəfələrlə şantaj və mehribanlığımızdan sui-istifadə edib. Həyatını "Barselona"ya borclu olan bu hormonal cırtdana görə klubumuz əziyyət çəkdi. Pandemiya başlayanda bizə mesaj göndərdi ki, başqalarının maaşını azaldın, amma mənə və Luis Suaresə toxunmayın. Bu, bizim başımıza gələ biləcək ən pis şeydir".

İdarə heyətinin keçmiş üzvləri 36 yaşlı forvardla yanaşı, Kataloniya təmsilçisinin sabiq müdafiəçisi Jerar Pike və hazırda komandanın formasını geyinən Serxio Busgets haqqında da xoşagəlməz ifadələr işlədiblər.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda "Barselona"nın Fransanın PSJ klubuna dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru