"Qalatasaray" rəqibi darmadağın etdi

14-01-2023, 08:48           
"Qalatasaray" rəqibi darmadağın etdi
"Qalatasaray" Türkiyə Super Liqasında növbəti qələbəsini qazanıb.
İstanbul təmsilçisi XVIII turda evdə "Hatayspor"u darmadağın edib - 4:0.

Hesabı 9-cu dəqiqədə Kerem Aktürkoğlu açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü və 6-cı dəqiqələrində fərqlənən Xuan Mata fərqi 3 topa çatdırıb. Son nöqtəni isə 77-ci dəqiqədə Bafetimbi Qomis qoyub.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Qalatasaray" liderliyini möhkəmləndirib. 17 xalı olan "Hatayspor" isə 16-cı pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru