“Çelsi” klubu yeddi futbolçu ilə vidalaşmağa hazırlaşır

14-01-2023, 10:14           
“Çelsi” klubu yeddi futbolçu ilə vidalaşmağa hazırlaşır
İngiltərənin “Çelsi” klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır.

Yeni komanda formalaşdıran baş məşqçi Qrem Potter Hakim Ziyeş, Kay Haverts, Kristian Pulişiç, Kalidu Kulibali, Jorjinyo, Sesar Asplikueta və Pyer-Emerik Obameyanqın xidmətində maraqlı deyil.

İddiaya görə, “zadəganlar” sözügedən oyunçuları satmaq və ya icarəyə vermək variantını nəzərdən keçirir. Yalnız Jorjinyo ilə bağlı plan fərqlidir. İtaliyalı yarımmüdafiəçi ilə cari mövsümün sonunda başa çatacaq müqavilə yenilənməyəcək.

Klub uzun müddətdir “Çelsi”nin şərəfini qoruyan futbolçulardan təkcə Meyson Maunt və N Qolo Kante ilə sözləşmənin müddətini uzatmaq niyyətindədir.

Mənbə: The Telegraph












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru