FIFA Argentina milli komandasının futbolçularına qarşı iş qaldırdı

14-01-2023, 12:24           
FIFA Argentina milli komandasının futbolçularına qarşı iş qaldırdı
Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi Argentina Futbol Assosiasiyasına qarşı iş qaldırıb.

FİFA Argentina milli komandasının futbolçuları tərəfindən intizam kodeksinin pozulması ehtimalı ilə bağlı ittiham irəli sürüb.

Bu barədə FİFA-nın mətbuat xidmətindən məlumat verilib.

Argentina Futbol Assosiasiyasına qarşı FİFA intizam kodeksinin iki maddəsinin pozulması ilə bağlı iş açılıb. Bu maddələr aqressiv davranış və ədalətli oyun prinsiplərinin pozulması, eləcə də oyunçuların və rəsmilərin qanunsuz davranışlarını nəzərdə tutur.

İşə hansı tarixdə baxılacağı ilə bağlı açıqlama verilməyib.

Argentina millisinin futbolçuları Qətərdə keçirilən Dünya Çempionatının finalında Fransa yığması üzərində qələbədən (3:3; 4:2 - penaltilər üzrə) sonra qarışıq zonada mətbuatın suallarına cavab verməyiblər, rəqs ediblər və jurnalistlərin üzərinə içki atıblar.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru