Canni De Byazi Avropanın ən yaşlı yığma məşqçiləri sırasındadır

27-01-2023, 00:05           
Canni De Byazi Avropanın ən yaşlı yığma məşqçiləri sırasındadır
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropanın ən yaşlı yığma məşqçisidir.

“Report”un məlumatına görə, iyunda italiyalı mütəxəssisin 67 yaşı tamam olacaq.

Qitənin 54 yığmasının rəhbərləri arasında ən yaşlısı Kosovonun baş məşqçisi Alen Jiressdir. Fransalı hazırda 71 yaşın içindədir. İkinci pillədə isə Portuqaliya millisindən ayrılaraq yenicə Polşa yığmasının sükanı arxasına keçən Fernandu Santuş qərarlaşıb. Portuqaliyalının 68 yaşı var. Santuş həm də Polşa yığmasının ən yaşlı baş məşqçisi kimi tarixə düşüb.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasına başçılıq edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.