Ronaldunun komandası Səudiyyə Ərəbistanı Super Kuboku ilə vidalaşıb

27-01-2023, 11:34           
Ronaldunun komandası Səudiyyə Ərəbistanı Super Kuboku ilə vidalaşıb
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı Super Kubokunda mübarizəni dayandırıb.

Yarımfinalda "Əl-İttihad"a 1:3 hesabı ilə uduzan Ər-Riyad təmsilçisi turnirlə vidalaşıb.

Meydana start heyətində çıxan 38 yaşlı hücumçu əvəzlənmədən oynayıb. "Əl-Nəsr"in yeganə qoluna 90+1-ci dəqiqədə Anderson Taliska imza atıb.

Qeyd edək ki, Kriştianu Ronaldu bu ay Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru