Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər - FOTO

27-01-2023, 11:44           
Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər - FOTO
Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Vadim Qutsayt Olimpiya Oyunlarını boykot edə biləcəklərini açıqlayıb.

Belə ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı və belaruslu idmançıların müəyyən qaydalara riayət etməklə neytral statusda turnirdə çıxış etmə imkanlarının araşdırılacağını bildirib.

Qutsayt sosial şəbəkələrdə buna etiraz edib və Ukraynanın hərbi əməliyyatlar bitənədək məsələyə qarşı çıxacağını vurğulayıb.

“Hazırda sanksiyaların uzadılması, rusiyalı və belaruslu idmançıların beynəlxalq yarışlarda iştirakının qarşısını almaq üçün növbəti mümkün addımlar və prioritet tədbirlər üzərində iş aparılır. Əgər səsimiz eşidilməzsə, boykot edib Olimpiya Oyunlarında iştirakdan imtina edəcəyimizi istisna etmirəm”, - o yazıb.

Qeyd edək ki, növbəti Olimpiada 2024-cü ildə Parisdə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru