Azərbaycana qarşı təxribatlar törədən erməni idmançı MƏĞLUB OLDU

27-01-2023, 12:56           
Azərbaycana qarşı təxribatlar törədən erməni idmançı MƏĞLUB OLDU
Erməni tennisçi Karen Xaçanov məğlub olub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Son günlər Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatlar törədən erməni əsilli rusiyalı tennisçi Karen Xaçanov Avstraliya açıq tennis çempionatının finalına yüksələ bilməyib.

Həlledici mərhələyə gedən yolda onu yunan Stefanos Tsitsipas dayandırıb.

Xatırladaq ki, Xaçanov ardıcıl 2 oyundan sonra kameranın obyektivinə Qarabağdakı separatçı rejimin təbliği ilə bağlı yazı yazıb. Yarışda, həmçinin Ermənistanla yanaşı, separatçı rejiminin bayrağı açılıb.

Bu hadisələrdən sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası müvafiq qurumlara etiraz məktubu ünvanlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru