"Qarabağ"ın yeni transferi "Qızıl top" mükafatına layiq görülüb
28-01-2023, 11:20
"Qarabağ"ın yeni transferi Redon Cica Albaniyada "Qızıl top" mükafatına layiq görülüb.
"Report"un məlumatına görə, 25 hücumçu 2021/2022 mövsümündə "Tirana"nın heyətində 11 qolla Albaniya Super Liqasının bombardiri olub. O, ötən mövsüm ölkə kubokunda isə 4 dəfə fərqlənib.
Qeyd edək ki, albaniyalı hücumçu "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.