Valensiyadan poker, “Fənərbağça” darmadağına sevindi – VİDEO

30-01-2023, 10:04           
Valensiyadan poker, “Fənərbağça” darmadağına sevindi – VİDEO
Türkiyə Superliqasında 21-ci tura yekun vurulub.

Son matçda öz meydanında geri düşməsinə baxmayaraq “Kasımpaşa”nı 5-1 məğlub edən “Fənərbağça” zirvədəki “Qalatasaray”ı təqib etməyə davam edib.

“Sarı-lacivərdlər”in futbolçusu Enner Valensiya 4 qolla “Ülker” stadionunda oynanılan qarşılaşmaya damğasını vurub. Ekvadorlu hücumçu bu mövsüm Superliqada 17 oyunda 19 dəfə fərqlənib.

Çempionatın 22-ci həftəsində “Fənərbaxça” səfərdə “Adana Dəmirspor”la, “Kasımpaşa” isə evdə “Giresunspor”la üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru