Braziliyada futbol komandası qəzaya uğradı - 4 ölü, 28 yaralı 31-01-2023, 12:37 Braziliyada yanvarın 30-da Rio-de-Janeyronun həvəskar futbol komandasının yeniyetmələrini daşıyan avtobus körpüdən aşıb."Unikal" xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 28 nəfər yaralanıb.CNN-in məlumatına görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir. Faktla bağlı ətraflı məlumat verilməyib. Facebook-da paylaş