“Yuventus” yarımfinalda, “Real” 3 xalı 2 qolla aldı – VİDEO

3-02-2023, 11:28           
“Yuventus” yarımfinalda, “Real” 3 xalı 2 qolla aldı – VİDEO
İtaliya kubokunda 1/4 final mərhələsinin sonuncu oyunu keçirilib.

Kubokun son sahibi olan “Yuventus” doğma meydanda “Latsio”nu qonaq edib.

Son zamanlar bəxti gətirməyən “Qoca sinyora” bu dəfə azarkeşlərini sevindirməyi bacarıb. Minimal hesabla qələbə çalan komanda İtaliya Kubokunun yarımfinalına vəsiqə qazanıb.


İspaniya LaLiqasında isə 17-ci tur davam edir.

Hazırki ölkə çempionu olan Madrid “Real”ı “Valensiya”nı sınağa çəkib.

“Santyaqo Bernabeu”da qonaqların qapısından 2 cavabsız top keçirən “Kral klubu” vacib 3 xalı qazanaraq lider “Barselona” ilə xal fərqinin (5 xal) daha da artmasına imkan verməyib - 2:0.

Qeyd edək ki, “Valensiya” matçın 72-ci dəqiqəsindən etibarən azlıqda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru