Əfsanəvi döyüşçü nokauta düşdü, karyerasını bitirdi – VİDEO

5-02-2023, 12:16           
Əfsanəvi döyüşçü nokauta düşdü, karyerasını bitirdi – VİDEO
Rusiyalı qarışıq döyüş növlər (MMA) idmançısı Fyodr Yemelyanenko “Bellator”da ən ağır çəkidə titul uğrunda amerikalı Rayan Beyderə uduzub.

Teref.az Oxu.az-a istinadla xəbər verir ki, görüş fevralın 4-dən 5-nə keçən gecə Los-Ancelesdə “Bellator 290” turniri çərçivəsində baş tutub.

Cəmi 2 dəqiqə 39 saniyə davam edən döyüş birinci raundda Yemelyanenkonun nokautu ilə başa çatıb.

Bu, 46 yaşlı rusiyalının karyerasında son görüş olub. Matçdan sonra o, karyerasını başa vurduğunu rəsmən elan edib və əlcəklərini oktaqonda qoyub.

Qeyd edək ki, əfsanəvi rusiyalı idmançının hesabında ümumilikdə 48 döyüş olub. O, bunların 40-da qələbə qazanıb, 8 dəfə isə məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru