“Qalatasaray” “Trabzonspor”u geridönüşlə məğlub etdi – VİDEO

6-02-2023, 08:28           
“Qalatasaray” “Trabzonspor”u geridönüşlə məğlub etdi – VİDEO
Türkiyə Superliqasında 22-ci turun mərkəzi oyunu başa çatıb.

Hazırda turnir cədvəlinin lideri olan “Qalatasaray” son çempion “Trabzonspor”u qonaq edib.

Okan Burukun yetirmələri üçün cari mövsümdə işləri heç də qaydasında getməyən qara dənizlilərlə mübarizəsi heç də asan olmayıb.

Belə ki, görüşün artıq 12-ci saniyəsində müdafiəçinin səhvindən sonra hesabı açan Maksi Qomes adını Superliqada ikinci ən erkən qolun müəllifi kimi tarixə yazdırıb. Lakin 17 dəqiqə sonra “Cim-Bom” hesabı bərabərləşdirməyə, ikinci hissədə isə İkardinin uğurlu penatlisindən sonra geridönüş edərək matçda irəli keçməyə nail olub - 2:1.

Görüş bu nəticə ilə də başa çatıb və “aslanlar”a liderliklərini daha da möhkəmləndirmək imkanı verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru