Alveş həbsxanada imtiyazlar əldə edib

7-02-2023, 09:54           
Alveş həbsxanada imtiyazlar əldə edib
Zorlamada ittiham olunan Dani Alveş həbsxanada imtiyazlı şəraitdə yaşayır.

Futbolçunun saxlanıldığı “Brians 2” həbsxanasına gələnlərdən biri onunla digər məhbuslarla eyni rəftar edildiyi barədə məlumatı təkzib edib.

“Səfər zamanı eşitdiklərimə əsasən, Dani Alveşi dörd əməkdaş qoruyur və xidmət göstərir. O, ayrı saxlanılır. Onun digər məhbuslarla ünsiyyətdə olub-olmadığını söyləmək mümkün deyil, amma bu dəqiqə onun qalanlarından təcrid olunduğunu bilirəm, çünki bu, xüsusi haldır. Axı o, dünya şöhrətli idmançıdır”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, Alveşin ayrı saxlanılması digər məhbuslarla problemim olmaması üçün edilib. Belə ki, həbsxanada kiməsə daha yaxşı münasibət göstərilsə, digərləri bunu dərhal hiss edəcəklər.

Xatırladaq ki, “Barselona”, PSJ və “Yuventus”un sabiq müdafiəçisi gecə klubunun tualetində qadına təcavüz etməkdə şübhəli bilinərək zaminə buraxılmadan həbs edilib. Onu 4 ildən 12 ilə qədər cəza gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru