Neymar Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçusu seçilib

7-02-2023, 09:58           
Neymar Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçusu seçilib
Fransanın PSJ klubunun futbolçusu Neymar 2022-ci ildə Avropada çıxış edən ən yaxşı braziliyalı oyunçu seçilib.

“Report” xəbər verir ki, 31 yaşlı hücumçu altıncı dəfə “Qızıl Samba” mükafatına layiq görülüb.

Onlayn şəkildə keçirilən sorğunun nəticəsində Neymar hamıdan çox səs toplayıb. O, 6-cı dəfə ölkəsinin Avropada çıxış edən ən yaxşı futbolçusu seçilməklə öz rekordunu yeniləyib. Eyni zamanda ardıcıl üçüncü ildir ki, mükafatı heç kimə vermir.

Qeyd edək ki, “Qızıl Samba” mükafatı 2008-ci ildə təsis edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru