Lebron Ceyms Kərim Abdul-Cabbarın 34 illik rekordunu qırıb

8-02-2023, 12:05           
Lebron Ceyms Kərim Abdul-Cabbarın 34 illik rekordunu qırıb
“Los-Anceles Leykers”in basketbolçusu Lebron Ceyms NBA tarixinin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

“Report”un məlumatına görə, 39 yaşlı idmançı “Oklohama Siti Tander”lə görüşdə topladığı ilk 36 xal sayəsində əfsanəvi Kərim Abdul-Cabbarın 34 illik rekordunu yeniləyib.

Ceyms qarşılaşmanın üçüncü hissəsində karyerası ərzində topladığı xalların ümumi sayını 38 388-ə çatdırıb. Ona qədərki bombardir Abdul-Cabbar 1989-cu ildə karyerasını 38 387 xalla başa vurub. NBA tarixinin digər ən məhsuldar basketbolçuları Karl Melon (36 928 xal), Kobi Brayant (33 643) və Maykl Cordandır (32 292).

Qeyd edək ki, altıqat NBA çempionu Lebron Ceyms bu mövsüm hər oyunda orta hesabla 30 xal toplayıb. Onun komandası hazırda NBA Qərb Konfransında 13-cü yerdə qərarlaşır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.