Avropa Klublar Assosiasiyası növbəti dəfə Superliqa ideyasına qarşı çıxıb

10-02-2023, 08:34           
Avropa Klublar Assosiasiyası növbəti dəfə Superliqa ideyasına qarşı çıxıb
Avropa Klublar Assosiasiyası (ECA) Avropa Super Liqasının yenilənmiş layihəsi ilə bağlı bəyanat yayıb.

Rəsmi saytı xəbər verir ki, ECA növbəti dəfə bu ideyaya qarşı olduğunu bildirib.

Qeyd olunub ki, 2019-cu ildə bütün maraqlı tərəflər bu versiyanı irəli sürüb, məsələ müzakirə olunub və rədd edilib: "İndi ortada ümumi Avropa maraqlarını təşviq edən tərəflər arasında aparılan konstruktiv işin sabitliyini pozmaq üçün qəsdən təhrif olunmuş və çaşdıran daha bir cəhd var. Son illərdə ECA UEFA, FIFA, konfederasiyalar, milli assosiasiyalar, liqalar, azarkeşlər, oyunçular və klublarla bir çox müstəvidə əməkdaşlıq edərək futbolun rifahı naminə mühüm irəliləyişə nail olub. 2024-cü ildən başlayaraq daha çox klub hər mövsüm avrokuboklarda iştirak edərək, öz gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq. Qadın futbolu, gənclər futbolçuların inkişafı və akademiyalarda da vacib irəliləyişlər müşahidə oluna bilər".

Qeyd edək ki, bu gün Avropa Super Liqasının yenilənmiş layihəsi təqdim olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru