Ronaldunun pokeri “Əl Nəsr”i liderliyə yüksəltdi - VİDEO

10-02-2023, 11:44           
Ronaldunun pokeri “Əl Nəsr”i liderliyə yüksəltdi - VİDEO
Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda “Əl Nəsr” səfərdə “Əl Vəhda” ilə qarşılaşıb.

Qonaq komanda hücumçusu Kriştianu Ronaldunun sayəsində ev sahibi klubu darmadağın edib.

Belə ki, kapitan sarğısı ilə meydana start heyətində çıxan 38 yaşlı portuqaliyalı matçda 4 qol (21, 40, 51 penaltidən, 61–ci dəqiqələrdə) vuraraq komandasına 3 xalı qazandırıb – 4:0. Bu qələbə sayəsində “Əl Nəsr” turnir cədvəlində liderliyə yüksəlib.

Qeyd edək ki, sonuncu dəfə Ronaldu 2019-cu ildə Litva millisinə qarşı oyunda 4 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru