“Milan” qələbəsiz oyunlar seriyasına son qoyub - VİDEO

11-02-2023, 12:35           
“Milan” qələbəsiz oyunlar seriyasına son qoyub - VİDEO
Fevralın 10-da futbol üzrə İtaliya çempionatında növbəti tura start verilib.

Turun ilk matçında son çempion “Milan” “Torino” ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə “Rossonyerlər”in xeyrinə başa çatıb. Oyunda yeganə qolu Olivye Jiru vurub.

Beləliklə, “Milan” yeddi oyunluq qələbəsizlik seriyasına son qoyub.

"Milan" – "Torino" - 1:0
Qol: Jiru, 62.

Qeyd edək ki, hazırda A seriyasının turnir cədvəlinə 56 xalla "Napoli" (21 oyun) liderlik edir.

"Milan" 41 xalla 3-cü, "Torino" isə 30 xalla 7-cidir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru