Messi məşhur qapıçını niyə danlayıb?

11-02-2023, 11:55           
Messi məşhur qapıçını niyə danlayıb?
Argentina yığmasının qapıçısı Emiliano Martinez 2022-də qələbəni bayram edərkən göstərdiyi jest haqda danışıb.

Publika.az xəbər verir ki, o, “France Football”-a müsahibəsində deyib ki, belə jesti Amerika kubokunu qazanarkən də edib. Hətta buna görə, Messidən irad da eşidib:

“Qələbəni belə qeyd etdiyim üçün peşmanam? Bəli, eyni şəkildə bir daha etməyəcəyim şeylər var. Kimisə incitmək fikrində deyildim. Bütün karyeram boyu fransızlarla oynamışam və heç vaxt problem yaşamamışam... Jirudan soruşa bilərsiniz ki, necə insanam.

Fransız mədəniyyətini və mentalitetini çox bəyənirəm. Ən yaxşı qapıçı mükafatı zamanı etdiyim jest komanda yoldaşlarım üçün zarafat idi.

Mən bunu əvvəllər Amerika Kubokunda etmişəm və hamısı mənə dedilər ki, bunu bir daha etmək olmaz. Hətta Leo da irad bildirdi. Mən bunu onlar üçün etdim, başqa heç nə”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru