“Real” klublar arasında dünya çempionu oldu - VİDEO

12-02-2023, 09:45           
“Real” klublar arasında dünya çempionu oldu - VİDEO
“Real Madrid” klublararası dünya çempionatının finalında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna qalib gəlib - 5:3.

Yarımmüdafiəçilər Vinisius Junior və Federiko Valverde dubl edib, hücumçu Kərim Benzema isə bir qola imza atıb.

Bu, "kral klubu"nun tarixində sayca 5-ci analoji kubok olub. Bu göstərici üzrə “Real” “Barselona” ilə arasındakı fərqi 2-yə çatdırıb. Belə ki, katalon klubu indiyədək turnirdə 3 dəfə birinci olub.

Qeyd edək ki, bu kubok həm də Ançelottinin karyerasındakı 25-ci kuboku olub.

Ümumilikdə, indiyədək 15 dəfə keçirilən klublararası dünya çempionatının son 10 ilində yalnız Avropa komandaları qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru