61 yaşlı rusiyalı Olimpiadada çıxış etmək üçün vətəndaşlığını dəyişdi

13-02-2023, 10:44           
61 yaşlı rusiyalı Olimpiadada çıxış etmək üçün vətəndaşlığını dəyişdi
Rusiyalı atlet Vladimir Tuqanov idman vətəndaşlığını dəyişib.

Bu barədə Rusiyanın atçılıq komandasının baş məşqçisi Vladimir Beletski məlumat verib.

Beletski 61 yaşlı idmançının Fələstin millisinə keçdiyini bildirib.

“Onun rusiyalıların beynəlxalq yarışlara qayıtmasını sakitcə gözləməyə vaxtı yoxdur, hər ili qiymətlidir. İdman karyerasında çox illəri qalmayıb, ona görə də indi yarışmaq və üçüncü Olimpiadasına vəsiqə qazanmaq istəyir”, - deyə məşqçi izah edib.

Beletski qeyd edib ki, idman vətəndaşlığını dəyişmək qərarı Tuqanov üçün çox çətin olub.

Qeyd edək ki, Tuqanov atçılıq üzrə Rusiya millisinin tərkibində 2004 və 2012-ci illərdə keçirilən Oyunlarda iştirak edib. Turnirlərdə o, müvafiq olaraq 33-cü və 65-ci nəticə göstərib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru