“Liverpul” derbini iki qolla qazandı - VİDEO 14-02-2023, 10:37 İngiltərə Premyer Liqasının XXIII turu Mersisayd derbisi ilə əlamətdar olub.Oxu.Az xəbər verir ki, “Liverpul” doğma azarkeşlər önündə “Everton”u qəbul edib.Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.36-cı dəqiqədə Mohammed Salah, 49-cu dəqiqədə isə Qakpo fərqlənib.Bu nəticə ilə xallarının sayını 32-ə yüksəldən “Liverpul” 9-cu, 18 xallı “Everton” isə 18-ci pillədə qərarlaşıb. Facebook-da paylaş