“Qarabağ”ın parlayan ulduzu Zubiri belə mat qoydu – VİDEO

15-02-2023, 11:44           
“Qarabağ”ın parlayan ulduzu Zubiri belə mat qoydu – VİDEO
“Qarabağ”dakı texnikalı futbolçulardan söz düşərsə, yəqin ki, ilk ağıllara gələn Abdullah Zubir olacaq.

Onun nəinki ağdamlıların hətta Premyer Liqamızın ən texnikalı futbolçusu olduğunu deyə bilərik.

Mərakeşli oyunçu zaman-zaman topla etdiyi hərəkətlərlə tərəfli-tərəfsiz hər kəsin diqqətin üzərinə çəkə bilib.

Azarkeşlər hər zaman onun reydlərin, rəqiblərə qarşı etdiyi xüsusi fintlərin böyük zövqlə izləyib.

İstedadlı legionerdən məşqlərdə də gözoxşayan sehrli hərəkətləri az izləmiş deyilik.

Amma bu dəfə “Köhlən atlar”ın düşərgəsində tam başqa mənzərə yaşanıb. Zubir izləyib, komanda yolaşdı topla şou göstərib.

Söhbət komandanın parlayan ulduzu Musa Qurbanlıdan gedir.

Maraqlı olay “Gent”lə oyun öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan məşqlərin birində yaşanıb.

Premyer Liqanın hazırkı bombardirinin topla etdi usta hərəkətləri Abdullah Zubirlə və Lenadro Andrade böyük təəccüblə sona qədər izləyiblər.

Həmin anların görüntüsünü sizə təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.